
“Business Development Center” MMC-də həmtəsisçi, özəl şirkətdə İnsan Resursları üzrə aparıcı biznes tərəfdaşı Nadir Xəlilovun təqdimatında olacaq “CV tərtibatında doğrular və yanlışlar” təlimində iştirak edərək CV-nizdə olmalı olan ardıcıllıqları və detalları, vakansiyalara necə müraciət etməli olduğunuzu, doğru bildiyiniz yanlışları peşəkar İnsan Resursları əməkdaşından öyrənəcəksiniz.