28 sentyabr 2024-cü il tarixində, AYAFE Gənclər Təşkilatı və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Effektiv Ünsiyyət” mövzusunda təlim keçirildi. Təlimi Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Səbinə Balayeva təqdim etmişdir.
Təlimdə iştirakçılara effektiv ünsiyyətin mahiyyəti, əhəmiyyəti və bu bacarığın həyatın müxtəlif sahələrində necə tətbiq olunmalı olduğu barədə geniş məlumat verildi. Həmçinin, iştirakçılara effektiv ünsiyyətin niyə önəmli olduğu və bu bacarığın şəxsi və peşəkar inkişafda oynadığı rola dair nümunələr təqdim olundu.
Təlim interaktiv şəkildə keçirildi və iştirakçıların sualları cavablandırıldı. Tədbir iştirakçılarla xatirə şəkli çəkdirilərək sonlandırıldı.