AYAFE Gənclər Təşkilatının idarə heyətinin üzvləri Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Üzvlər Məclisində iştirak ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. NAYORA-nın 2024-cü ilin iyul-oktyabr ayları üzrə fəaliyyət hesabatı təqdim olunub, yeni üzvlərin – “ADDIM” Gənclərin İnkişaf Mərkəzi və “SOS Uşaq Kəndləri-Azərbaycan”ın təşkilata qoşulması səsvermə ilə təsdiqlənib. Məclisdə iştirak edən təşkilatlara və nümayəndələrə uğurlar arzulanıb.