Hörmətli izləyicilər,
Məlumat üçün bildirmək istərdik ki, AYAFE Gənclər Təşkilatı və Pmania Hub şirkətinin təşkilatı dəstəyi ilə təqaüd proqramına müraciət prosesi yekunlaşmışdır. Ümumilikdə 100-dən çox müraciət qeydə alınmış, 40 nəfər müsahibə mərhələsinə keçmişdir. Müsahibə mərhələsindən uğurla keçən 11 nəfər 2 aylıq ödənişsiz “360° Layihə İdarəetməsi təlim proqramı”na cəlb edilmişdir.
İndi isə yeni biliklər, böyük hədəflər və fərq yaradan layihələr üçün səhnə onlarındır!
Təqaüd proqramı üzrə qaliblərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.